AZ ENG
 
Bölmələr
Qalareya
Xəbərlər
Elanlar
ÜZVLƏR ÜÇÜN
Login:   
Şifrə:    

SORĞU
Hansı sahə üzrə yeni mühasibat uçotu standartları ilə bağlı təlim kurslarına ehtiyac duyursunuz?

Kommersiya təşkilatları üçün MMUS
Büdcə təşkilatları üçün MMUS
MUBS
QHT-lər üçün MMUS
Ehtiyac duymuram
BİZİMLƏ ƏLAQƏ
Poçt indeksi: AZ1000
Bakı şəh. Z.Əliyeva küç. 20,
(Sahil metro stansiyasının yanı)
Telefon: (012) 511 06 11
Faks: (012) 493 04 38
URL: gmb.org.az
E-mail: office@gmb.org.az

FAYDALI LİNKLƏR
www.maliyye.gov.az
www.taxes.gov.az
www.economy.gov.az
www.scs.gov.az
www.azstat.org
www.sspf.gov.az
www.heydar-aliyev-foundation.org
www.cssn.gov.az
www.mqfxeber.az
VALYUTA MƏZƏNNƏSİ
Tam siyahı

Sayt "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası"-nın maliyyə dəstəyi ilə yaradılmışdır.

Hörmətli sayt istifadəçiləri!
 
Hörmətli sayt istifadəçiləri!    Mən, Əliyeva Solmaz Gənc Mühasiblər Birliyinin (GMB) Prezidenti olaraq Sizləri salamlayıram! Saytımıza xoş gəlmişsiniz!
   10 yaşını qeyd etməyə hazırlaşan təşkilatımız fəaliyyətə başladığı gündən qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirmişdir. GMB-in həyata keçirdiyi layihələri və bu layihələrin vətəndaş cəmiyyətinin inkişafında çox böyük rol oynadığını nəzərə alaraq, mən bu birliyin Prezidenti olmaqdan şərəf duyuram. Təşkilatımızın gələcəkdə də uğurunun belə davam edəcəyinə əminəm. İnanıram ki, saytımızdakı resurs və məlumatlardan lazımınca yararlana biləcək və müvafiq təyinatlı tədbirlərimizin fəal iştirakçılarına çevriləcəksiniz.
 
 

Elan
 
Gənc Mühasiblər Birliyi sentyabr ayının 20-də “Mövcud Mühasibat uçotu” kursunun tədrisinə başlayacaq.


Siz, “Mövcud Mühasibat uçotu” kursundan əldə edəcəyiniz bilik nəticəsində öz gələcək işlərinizdə müvəffəqiyyətlər əldə edə biləcəksiniz. Həmçinin kursumuzda praktik məşğələlər də tətbiq olunacaq ki, bunun nəticəsində siz, öyrəndiklərinizi yaxşi mənimsəyə, sənədlərlə sərbəst şəkildə işləyə biləcəksiniz.
“Mövcud Mühasibat ucotu” kursu sizin gələcəkdə yüksək ixtisaslı kadr kimi formalaşmağınızda yardımçı olacaq.

Kurslara yazılmaq üçün son müraciət tarixi: 15.09.2010-ci il

 
 

Xəbərlər
 
“Avrasiya” Beynəlxalq Əlaqələr və Araşdırmalar və “Gənc Mühasiblər” İctimai Birlikləri şimal regionunda birgə layihə həyata keçirib.

Xəbərlər

“Avrasiya” Beynəlxalq Əlaqələr və Araşdırmalar və “Gənc Mühasiblər” İctimai Birlikləri Counterpart-Azərbaycanın maliyyə dəstəyi ilə “Şimal Regionunda Turizmin İnkişafının Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi” adlı layihə çərçivəsində Xaçmaz, Quba və Qusar rayonlarına səfər etmişdirlər.
Quba-Xaçmaz turizm bölgəsi Azərbaycanın şimal-şərqində, Bakı-Xaçmaz turist marşutunun üstündədir. Landışafın rəngarəngliyi, iqlimin saflığı, mineral sular və qumlu dəniz sahilləri bölgənin səciyəvi xüsusiyyətidir. Bu regionlarda turizmin inkişafı üçün hər cür təbii şərait var. Bunun nəticəsidir ki, son zamanlar Azərbaycanda turizmə diqqət artırılmışdır. Quba, Qusar, Xaçmaz rayonlarında bir sıra turizm obyektləri tikilmişdir. Turizmin inkişafı ilə bağlı olan infrastruktur obyektləri də (yollar, çimərliklər, əyləncə mərkəzləri) inkişaf edir. Belə obyektlərin inkişafı turistləri buraya cəlb edir. Bütövlükdə müsbət hal hesab olunan bu tendensiya həmçinin müəyyən problemlər yaratmaqdadır. Bu problem həmçinin ətraf mühitə təsirlərlə müşayiət olunmaqdadır. Turizm obyetklərinin inkişafının müəyyən mənada ekologiyaya təsirləri var.
 
 

Xəbərlər
 


“AVRASİYA” Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi və “Gənc Mühasiblər” İctimai Birliyi ilə kolaisiya təşkil edərək birgə layihə həyata keçirir.
meqale1.doc [1,46 Mb] (cкачиваний: 8)

 
 

"Günəş" mühasibat uçotu proqramı.Versiya 2.0
 
Gənc Mühasiblər Birliyi növbəti aydan etibarən "Günəş" mühasibat uçotu proqramı (Versiya 2.0) üzrə təlimlərin keçirilməsini elan edir.
Təqdim edilən proqramlar paketi mühasibat uçotunun bütün sahələrini əhatə edir və, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə və təşkilatlarda mühasibat uçotunun kompüterdə aparılmasına imkan yaradır.
 
 

Xəbərlər
 
“Gənc Mühasiblər” İctiami Birliyi məzun yarmarkasında iştirak etmişdir.
Xəbərlər


Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mayın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 28 may-Respublika Gününə həsr olunmuş IV məzun yarmarkası keçirildi. Yarmarkada bir çox ali təhsil müəssisələrinin məzunları iştirak etmişdir. Nazirlikdən verilən məlumata əsasən, gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə belə yarmarkalar ADİU-da 2006-cı ildən keçirilir. 2006-ci ildə gerçəkləşdirilmiş məzun yarmarkasında 143, 2007-ci ildə 300, 2008-ci ildə 500 nəfərdən cox gənc işlə təmin olunub.
 
 

Xəbərlər
 
Gənc Mühasiblər Birliyi və bəzi Qeyri hökumət təşkilatları Qərarla bağlı təklif layihəsi hazırlamışdır və bu təklif layihəsinin müzakirəsi üçün 1.06.2010-cu il saat 15:00 tarixində yenidən Gənc Mühasiblər Birliyinin İnzibati binasına da dəyirmi masa təşkil etmişdir. Bu dəyirmi masa da bir çox QHT nümayəndələri və eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lər Dövlət Dəstəyi Şurasının Baş Mühasibi Tofiq Həsənov da iştirak etmişdir. Dəyirmi masa da təkliflər yenidən müzakirədən keçirilmişdir və Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunacaqdır.
 
 

Dəyirmi masa
 
11.05.2010-cu il tarixində Gənc Mühasiblər Birliyi Aəzrbaycan Respublikasının Prezidenit Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının inzibati binasında dəyirmi masa keçirmişdir.
 
 

Elanlar
 
Qısa müddət ərzində İngilis və Rus dillərində sərbəst danışacaqsınız!!!


Gənc Mühasiblər Birliyi İngilis və Rus dillərində təlim kursları elan edir!
Kurslar həftədə 3 dəfə olmaqla 3 ay müddətində keçiriləcək. Həftədə 1 dəfə ödənişsiz əsaslarla "conversation club" keçiriləcək. Kurs iştirakçıları müvafiq dərs vəsaitləri ilə təmin olunacaq və kursu müvəffəqiyyətlə bitirmiş iştirakçılara dövlət reyestrindən keçirilmiş sertifikat təqdim olunacaq.
 
 

GMB Muhasibat Uçotunun Beynəlxalq Standartları üzrə yeni təlimlərə start verdi
 
Gənc Mühasiblər Birliyi 14 may tarixindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə 24 saatlıq intensiv təlimlər keçməyə başlamışdır. Təlimin iştirakçıları Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələridir. Tələbələrin sayı 50 nəfəri əhatə edir. 31 may tarixində təlim proqramının yekunlaşdırılması və iştirakçılardan imtahan götürülməsi nəzərdə tutulmuşdur.
 
 

 
   
Baş səhifə | Qeydiyyatdan keç
Copyright © 2009